Ev Mədəniyyət Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan sərgilər təşkil olunub

Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan sərgilər təşkil olunub

443
0
PAYLAŞ

Muxtar respublikanın təhsil müəssisələrində yaradılan güşələrdə nümayiş etdirilən materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi geniş şəkildə öz əksini tapıb.

Güşələrdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” yerləşdirilib. Bundan başqa Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan ensiklopediyası, “Naxçıvan tarixi” çoxcildliyi, “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabları da sərgilənən materiallar arasındadır.(Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here