Ev İdman Naxçıvanda “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib

Naxçıvanda “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib

75
0
PAYLAŞ

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov,  Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər  Futbol  Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev və muxtar respublika Gənclər və İdman naziri Azad Cabbarov ölkəmizdə  gənc nəslə, idman və bədən tərbiyəsinə, sağlam həyat tərzinin təbliğinə, eləcə də uşaq futbolunun inkişafına  göstərilən qayğıdan, bu sahədə yaradılan infrastrukturdan danışıblar.

Qeyd olunub ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Tədbirin sonunda 200-dən çox oğlan və qız məktəbliyə müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar əyləncəli futbol oynayıblar.(naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here