Ev Regionlar “Naxçıvan” Universitetinin tələbələri ilə görüş

“Naxçıvan” Universitetinin tələbələri ilə görüş

181
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşının “Naxçıvan” Universitetinin idarəetmə fakültəsinin tələbələri ilə görüşü təşkil olunub.

Universitetin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin müdiri Musa Əliyev tələbələrlə keçirilən görüşün əhəmiyyətindən danışıb, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar açır.

Tədbirdə “Gəlirlərin proqnozu” şöbəsinin əməkdaşı Elvin Nağıyev Azərbaycan Respublikasının dövlət büdcəsinə maliyyə vəsaitinin toplanması və aidiyyəti üzrə istifadəsi barədə məlumat verib.

Nazirliyin “Büdcə” şöbəsinin əməkdaşı Ramil Hüseynov tələbələrə dövlət büdcəsinin quruluşu haqqında məlumat verərək bildirib ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here