Ev Cəmiyyət “Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində mühüm rol oynayır”- Baş Konsul

“Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində mühüm rol oynayır”- Baş Konsul

1093
0
PAYLAŞ

“Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində mühüm rol oynayır ”Baş konsul 

Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində mühüm rol oynayır bu sözləri naxcivanxeberleri.com – a müsahibəsində Türkiyənin Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz deyib.

Naxcivanxeberleri.com saytının məlumatına görə, bir aydan artıqdır Türkiyənin Naxçıvandakı Baş Konsulu vəzifəsində fəaliyyət göstərən Məhmət Emin Kiraz qardaş ölkədə olmaqdan məmnun olduğunu bildirib.

“Naxçıvana gəlməyimdən bir aydan artıq vaxt keçib və mən artıq burada özümü evimdəki kimi hiss edirəm. Buraya gəlməmişdən əvvəl Naxçıvan haqqında məlumatlarla tanış oldum. Məndən əvvəl burada çalışmış həmkarlarımla danışdım. Onlar 1990-cı illərdə yaşanan çətinliklərdən, sonrakı dövrdə Heydər Əliyevin xidmətləri sayəsində əldə olunan inkişafdan danışdılar. Buraya gəldikdən sonra deyilənlərin əyani şahidi oldum. Doğurdan da bu gün Naxçıvan özünün tərəqqi dövrünü yaşayır. Burda Ali Məclisin Sədrinin xidmətlərini xüsusi qeyd etmək lazımdır” deyə baş konsul müsahibəsində qeyd edib.

Bundan əvvəl Ankarada xidmət etmiş Məhmət Emin Kiraz, müxtəlif vaxtlarda Hollandiya, Roma, Rusiya və daha bir çox ölkələrdə fəaliyyət göstərib.

Naxçıvanda 1993-cü ildən bəri fəaliyyət göstərən Türkiyə Konsulluğunun 14-cü Baş konsulu olan Məhmət Emin Kiraz, iki ölkə arasıdakı münasibətlərdən danışıb. O son günlərdə açılışı olan “STAR” layihəsi haqqında danışaraq, bu layihənin Türkiyəyə ən böyük xarici yatırım olduğunu xatırladıb. Bundan başqa mədəniyyət, incəsənət və digər sahələrdə qarşılıqlı əlaqələrin uğurla davam və inkişaf etdirildiyini bildirib.

Baş Konsul Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılan “Sədərək-Dilucu” körpüsünün mühüm rol oynadığını qeyd edib. Muxtar respublikanın ictimai-iqtisadi həyatında mühüm mərhələ olan, iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu reallaşdıran “Ümid” körpüsünün istifadəyə verilməsi böyük əhəmiyyətə malikdir.

Naxçıvan strateji əhəmiyyətindən bəhs edən Baş Konsul qeyd edib ki, Naxçıvanın statusu məsələsi 1921-ci ildə imzalanmış iki beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində öz əksini tapıb. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. “Naxçıvan türk dünyasının qapısıdır” – deyən böyük öndər çətin zamanda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnak yaraqlıları qovulub. 1921-ci il oktyabrın 13-də isə Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında, sovet Rusiyasının iştirakı ilə imzalanan beynəlxalq müqavilədə Naxçıvanın muxtariyyət məsələsi öz həllini tapıb.

Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə isə daha geniş miqyas alıb. Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri sayılan Türkiyədə, Azərbaycanın tərkib hissəsi olan, blokada şəraitində yaşayan Muxtar Respublikaya bu qədər sevgi və məhəbbətin olması da qürurvericidir. Həm də o mənada ki, Qafqazda geosiyasi proseslərin hələ də səngimədiyi, ermənilərin torpaqlarımıza qarşı iddialarının gücləndiyi bir vaxtda dünyanın aparıcı dövlətləri Naxçıvanın bugünkü varlığından, onun keşməkeşli tarixindən, sosial-iqtisadi durumundan bu yolla yeni informasiyalar əldə edirlər.

“Türkiyə-Azərbaycan münasibətlərində önəmli yeri olan Naxçıvandaki fəaliyyətimiz dövründə, iki ölkə arasındaki qarşılıqlı münasibətlərin daha da yaxşılaşması üçün əlimizdən gələni etməyə çalışacağıq” deyə baş konsul Məhmət Emin Kiraz bildirib.

Biz də Naxcivanxeberleri.com olaraq Baş Konsula səmimi qəbul üçün təşəkkür edir və fəaliyyətində uğurlar arzu edirik.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here