Ev Mədəniyyət Naxçıvan teatrı “Əli və Nino”nu səhnələşdirir

Naxçıvan teatrı “Əli və Nino”nu səhnələşdirir

489
0
PAYLAŞ

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Qurban Səidin “Əli və Nino” romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyesin məşqləri gedir.

Əsərdəki hadisələr 1914-18-ci illərdə Azərbaycanda gedən proseslər, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrlərin fonunda baş verir. Hadisələrin cərəyan etdiyi əsas məkan “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

Romantik dram janrında olan əsərdə demokratik respublikanın məğlub olma səbəbləri göstərilir. O dövrün ictimai-siyasi məsələləri ön plana çəkilir.

Tamaşada əsas rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları ifa etdikləri obrazların xarakterini açmağa çalışırlar.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşanın may ayının sonuna qədər teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here