Ev Regionlar “Naxçıvan tarixi və İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

“Naxçıvan tarixi və İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

491
0
PAYLAŞ

Naxcivanxeberleri.com-un məlumatına görə, bu gün Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvanın İslam mədəniyyətində rolunun gənclərə daha ətraflı şəkildə aşılanması məqsədilə Babək rayon Cəhri kəndində “Naxçıvan tarixi və İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək tədbirin mahiyyəti haqqında gənclərə məlumat vermişdir. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Bəhruz Gülmalıyev çıxış edərək bildirmişdir ki, müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, gələcək nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunsa da, müstəqil dövlətimiz həm də milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. İslam ölkələri ilə qurulan mədəni əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir. Beş min il yaşı olan Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olması həm də bu siyasətin uğurlu nəticəsidir. Qədim şəhərin bu adı daşıması diyarımızın sosial-iqtisadi inkişafının, turizm potensialının tanıdılması ilə bərabər, milli və mənəvi dəyərlərimizin təbliğinə də şərait yaradır.
Əlbəttə, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, o, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Eyni zamanda bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Həmçinin şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün şərtlərə cavab verdiyindən bu ulu diyar İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycanın bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. İnsan cəmiyyətinin yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsi, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, əsrarəngiz Duzdağ mağaraları, Qərb renessansına meydan oxuyan Möminə xatın türbəsi məhz beş minillik bu şəhərin köksündə nəfəs alır. Bu siyahıya ulu əcdadlarımızın yaşam fəlsəfəsini özündə əks etdirən Gəmiqaya abidələrini, dünya arxeologiya elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələrini, saysız-hesabsız təbiət möcüzələrini, Naxçıvanın Azərbaycan və Şərq elminə necə böyük istedadlı şəxsiyyətlər verdiyini də əlavə etsək, dünya xəritəsində həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığının şahidi olarıq. İslam mədəniyyəti deyiləndə təkcə məscid və ibadət yerləri, dini ayinləri icra etmək başa düşülməməlidir. İslam mədəniyyəti insanın mənalı və faydalı ömür yaşamağı üçün həyat kodeksidir. Sevindirici haldır ki, xalqımızın ailə dəyərləri İslam mədəniyyətini özündə ehtiva edir, bu mədəniyyətin ali prinsipləri daim yaşadılır. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir Gənclər və idman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə 80 nəfər gənc iştirak etmişdir.

Görüntünün olası içeriği: 7 kişi, iç mekan

Görüntünün olası içeriği: 12 kişi, ayakta duran insanlar, düğün ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi, iç mekan

Görüntünün olası içeriği: 10 kişi

Görüntünün olası içeriği: 12 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar ve iç mekan

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here