Ev İdman Naxçıvan şahmatçısı Sadiq Məmmədov “FİDE USTASI” adını qazanıb

Naxçıvan şahmatçısı Sadiq Məmmədov “FİDE USTASI” adını qazanıb

333
0
PAYLAŞ

Naxçıvan şahmatçısı Sadiq Məmmədov Beynəlxalq Şahmat Federasiyası tərəfindən FİDE ustası adına layiq görülüb.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki, Türkiyə, Rusiya, Gürcüstan, İran, Yunanıstan, Xorvatiya və Rumıniya kimi xarici ölkələrdə təşkil olunan qitə miqyaslı yarışların iştirakçısı olan Sadiq Məmmədov təcrübəsini artıraraq reytinq sıralamasında bir xeyli irəliləyib. Son olaraq Azərbaycan çempionu kimi Avropa birinciliyində yer alan yeniyetmə şahmatçımız əldə etdiyi nəticələrdən sonra 2300-lük reyqinq əmsalını geridə qoyaraq Beynəlxalq Şahmat Federasiyası tərəfindən FİDE ustası adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov Sadiq Məmmədovu təbrik edib, ona yeni uğurlar arzulayıb. Şahmatçıya “FİDE ustası” sertifikatı və federasiyanın hədiyyəsi təqdim olunub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here