Ev Mədəniyyət Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

202
0
PAYLAŞ

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova  bildirib ki, Ulu öndər Heydər Əliyev müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır.

Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdlər verilməsi qaydaları təsdiq edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda çıxış edib.

Tədbirin bədii hissəsində Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının solistlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları səslənib.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here