Ev Regionlar Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksində olublar

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksində olublar

329
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin əməkdaşlarına Qarabağlar Türbə Kompleksi haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikada son 22 ildə 70-ə yaxın tarixi və mədəni abidə əsaslı təmir və bərpa edilib, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq dövlət qeydiyyatına alınıb. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir.

Qonaqlar kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla da yaxından tanış olublar. Xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.(nuhcixan)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here