Ev Regionlar Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına işə qəbulla bağlı müsabiqə...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir

941
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 11 vakant vəzifə üzrə müsabiqə elan edir.

Miqrasiya orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər www.miqrasiya.nakhchivan.az internet saytına daxil olmaqla “Miqrasiya orqanlarında xidmətə qəbul” bölməsində işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə müraciət edən şəxslər eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müsahibə komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə (Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim ediləcək);

– Dövlət Miqrasiya Xidməti tə- rəfindən müəyyən edilmiş formada kadrlar uçotunun şəxsi vərəqi və tərcümeyi-hal;

– 3×4 santimetr ölçüdə 2 ədəd (ağ fonda) fotoşəkil;

-ali təhsil barədə diplom (xarici ölkədə təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada nostrifikasiya olunmalıdır)- (notariat qaydasında təsdiq edilmiş formada);

– əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə);

– şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş formada);

– hərbi biletin surəti (notariat qaydasında təsdiq edilmiş formada). 

Təqdim olunmuş sənədlər əsasında vətəndaşların müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Müsabiqəyə sənəd qə- bulu 18 dekabr 2017-ci il tarixdən 18 yanvar 2018-ci il tarixədək aparılır. Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here