Ev Regionlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında hematransfuzioloji briqada yaradılıb

Naxçıvan Muxtar Respublika Xəstəxanasında hematransfuzioloji briqada yaradılıb

187
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublika Xəstəxanasının nəzdində hematransfuzioloji briqada yaradılıb.

Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, briqada Naxçıvanın istənilən tibb müəssisəsində qan və onun komponentlərinə ehtiyacı olan ağır xəstələrə, həmçinin qanın laxtalanma sisteminin patologiyası olanlara yüksəkixtisaslı hematoloji, cərrahi, ginekoloji, travmatoloji tibbi yardım göstərir.

Yüksəkixtisaslı hematoloq, həkim-transfuzioloq, anestezioloq-reanimatoloq, həkim-laborant və iki nəfər peşəkar tibb bacısından ibarət olan briqada qan və qan komponentləri, təcili təxirəsalınmaz dərman vasitələri, həmçinin təcili yardım maşını ilə təmin edilib. Ağır xəstələrə yatdığı xəstəxanada yardım olunur. Zərurət yarandıqda isə xəstə Naxçıvan Muxtar Respublika Xəstəxanasına köçürülür. Briqada 24 saat xidmət göstərir.

Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Hazırda müxtəlif xəstəliklərdə Qan bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə edilir.(AZƏRTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here