Ev Regionlar Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək

344
0
PAYLAŞ

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qatar Naxçıvandan aprelin 15-dən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına aprelin 17-dən etibarən həftənin II günləri çatıb və geriyə aprelin 18-dən etibarən həftənin III günləri yola düşəcək. Qatar Naxçıvana aprelin 19-dan etibarən həftənin IV günləri çatacaq.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.(AZƏRTAC)

Cədvəl

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here