Ev İdman Naxçıvan idmançıları respublika turnirində uğurlu nəticələr əldə edib

Naxçıvan idmançıları respublika turnirində uğurlu nəticələr əldə edib

95
0
PAYLAŞ

Bakı şəhərindəki Pirallahı İdman Kompleksində Kempo qarışıq döyüş növü üzrə respublika turniri keçirilib.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən  xəbər verir ki, 10 komandadan 110-dan çox idmançının qatıldığı yarışda Naxçıvan Muxtar Respublikasının  Şərq Döyüşü Sənəti Federasiyasının 3 idmançısı da mübarizə aparıb. Naxçıvan Döyüş Klubunun hər üç üzvü mükafatçılar sırasına düşməyi bacarıb. Böyüklərin yarışında 50 kq çəki dərəcəsi üzrə Seymur Mürsəlov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Eyni çəkidə gənclərin mübarizəsi də uğurla nəticələnib. Sonadək məğlubiyyətsiz irəliləyən Nizami Hüseynov da yekunda birinci pilləyə layiq görülüb. Fərəc Quliyevsə üçüncülüklə kifayətlənib. Komandanın məşqçisi Səyyad Məmmədov  yetirmələrinin çıxışını yüksək dəyərləndirir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here