Ev İdman Naxçıvan gömrükçüləri Ermənistan komandasını məğlub etdi

Naxçıvan gömrükçüləri Ermənistan komandasını məğlub etdi

2919
0
PAYLAŞ

Belarusun Brest şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq birincilikdə Azərbaycan gömrükçüləri növbəti görüşünü bu gün Ermənistan komandasına qarşı keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib. Ramazan Ağayev, Kamil Hacıyev, Orxan Məmmədov, Cavid Xəlilov, İlqar İsmayılov və Rahil Tahirlidən ibarət start heyətlə meydana çıxan komandamız turnirdə ilk qələbəsini qazanıb.

Gömrükçülərimiz növbəti görüşünü sentyabrın 14-də Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə – Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Ermənistan komandaları qatılıblar. Brest şəhəri isə yerli komanda ilə təmsil olunur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here