Ev Regionlar Naxçıvan Dövlət Universitetinin tələbələri Türkiyədə təcrübə keçib

Naxçıvan Dövlət Universitetinin tələbələri Türkiyədə təcrübə keçib

123
0
PAYLAŞ

Naxçıvan Dövlət Universitetinin Baytarlıq ixtisası üzrə 10 tələbəsi Türkiyənin Ərzurum-Atatürk Universitetinin Baytarlıq fakültəsində klinik təcrübə və dərslərdə iştirak edib.

Tələbələr Ərzurum-Atatürk Universitetinin Baytarlıq klinikasında olub, burada heyvanlar üzərində aparılan cərrahiyyə əməliyyatlarda,  ev heyvanlarının süni mayalandırılması prosesində, heyvanlarda müxtəlif xəstəliklərin aşkarlanması və diaqnozların qoyulmasında iştirak ediblər. Şərqi-Anadolu Yüksək Texnoloji tətbiq və araşdırma mərkəzi (DAYTAM) ilə tanış olan müəllim və tələbələrə buradakı müasir aparatlar və funksiyaları haqqında geniş məlumat verilib. Bir həftə davam edən praktiki və nəzəri kurs tələbələrə zəngin təcrübə qazandırıb, maraqlı təəssüratlar yaradıb. Səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyilar da təşkil olunub.(Naxcivantv.az)

Naxçıvan Dövlət Universitetinin tələbələri Türkiyədə təcrübə keçiblər

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here