Ev Regionlar Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib

158
0
PAYLAŞ

Noyabrın 10-da Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan İqtisad korpusunda 5-i elektron lövhəli, 1-i elektron kürsülü olmaqla 24 auditoriya, kompüter sinfi, kitabxana, arxiv, dekanlıq və kafedralar üçün otaqlar yerləşir. Kompüter sinfində 31 kompüter quraşdırılaraq internetə qoşulub. Dekanlıq və kafedra otaqları da kompüterlərlə təchiz edilib. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. Müasir interyeri ilə diqqəti cəlb edən geniş auditoriyalarda proyektorlar, kompüter dəstləri, elektron lövhələr və elektron kürsülər quraşdırılıb, sürətli internetə çıxış təmin edilib.

İqtisad fakültəsində “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Dünya iqtisadiyyatı” və “Menecment” ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır, “İqtisadiyyat”, “Mühasibat uçotu və maliyyə”, “Dünya iqtisadiyyatı və Menecment” kafedraları fəaliyyət göstərir.(naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here