Ev Regionlar Naxçıvan ərazisinin toponimiyası çox qədim tarixi köklərə malikdir

Naxçıvan ərazisinin toponimiyası çox qədim tarixi köklərə malikdir

65
0
PAYLAŞ

Naxçıvan ərazisinin toponimiyası çox qədim tarixi köklərə malik olub uzun tarixi dövr ərzində formalaşıb. Əsas toponimik fon Azərbaycan (türk) mənşəlidir, yaranma və formalaşma yollarına görə ümumtürk toponimlər sisteminə əsaslanır. Naxçıvan toponimiyasında fiziki-coğrafi obyekt adları (oronimlər və hidronimlər) relyefin geostruktur ünsürləri ilə şərtlənir və dominant funksiya daşıyır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda keçirilən elmi seminarda “Naxçıvan Muxtar Respublikası toponimlərinin tədqiqi” mövzusunda hesabat məruzəsi ilə çıxış edən coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova söyləyib.

İnstitutdan  bildiriblər ki, M.Abbasova antik müəlliflərə, tarixi qaynaqlara istinadən Naxçıvan-Naxər ölkəsinin toponimik sistemində apardığı etioloji, etimoloji təhlillər nəticəsində xeyli yeni elmi faktlar ortaya çıxarıb. O. dörd minədək yer adı toplayan tədqiqatçı region üzrə toponimlərin dil mənsubiyyətini, mənşəyini, nominasiyasını, toponimlərdə qorunub saxlanılan tayfa, nəsil, şəxs, bitki, heyvan adlarını, toponimik fonu, spektrləri, yerli xalq coğrafi terminləri, passiv fonda keçmiş toponimləri, arxaiq sozləri müəyyənləşdirib və hər bir inzibati rayonun toponimik lüğətini tərtib edib. Eyni zamanda, region oykonimiyasının etioloji təsnifatına aid passiv fonda keçmiş oykonimlər haqqında ilk dəfə toponimik xəritə tərtib edib.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here