Ev Cəmiyyət Nəriman Nərimanov 99 nəfər məşhur azərbaycanlı ziyalını necə xilas etdi?

Nəriman Nərimanov 99 nəfər məşhur azərbaycanlı ziyalını necə xilas etdi?

51
0
PAYLAŞ

Qırmızı imperiyanın Azərbaycanı işğal eləməsi yüz minlarlə azarbaycanlı ailalərinə də acı tale yaşatdı. Daşnak Stepan Şaumyanın millətimizi Vladimr Leninə “vəhşi”, kommunist partiyasının qatı qüşməni kimi taqdim etdiyinə görə onun da azərbaycanlılara qarşı münasibəti çox pis idi. Ümumiyyətlə elə lap cavanlığından türkdilli xalqlara münasibəti pis olan Lenin, qırmızı imperiya hakimiyyətə gələn kimi, onun qeyri azərbaycanlılardan Azərbaycana rəhbər təyin etməsinin nəticəsində təkcə 1920-22-ci illərdə minlərlə azərbaycanlı oğulları, tanınmış ziyalılar, alimlər, zabitlər, generallar məhkəməsiz güllələndi, həbsxanalara salındı. Təkcə onu vurğulayaq ki, X1 qızıl ordunun matrosu olmuş və Bakı şəhərinə xüsusi şöbənin rəisi təyin olunmuş keçmiş ağqavardiyaçı Semyon Aleksandroviç Ponkratov cəmi üç ay ərzində Levon Mirzoyanın, Anastas Mikoyanın, Sərkis Danilyanın, Serqo Oncanikidzenin və onlara havadar olan Mirzə Davud Hüseynovun, Əlheydər Qarayevin fitvası ilə 79 nəfər hərbiçimizi həbs etdirib, 1920-ci il iyun ayının 6-da Nargin adasında güllələtdirib. Onların arasında Gəncə şəhərinin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdül Həmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl bəy Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər Polis idarəsinin rəisi, general Quda Qudiyev, milyonçu Musa Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məhəmməd bəy Şulkeviç, generallar Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və çoxlu Azərbaycan ziyalıları vardı. Əfsus ki, bizim tarixçilərimiz bu insanlar haqqında çox az tədqidat işi aparıb və xalqımızın belə övladları haqqında bizim demək olar ki, məlumatımız da azdır. Və bu insanların güllələnməsinin əmrini də məhz Serqo Orcanikidze və Anastas Mikoyanın verdiyini də çoxumuz bilmirik…

Nəriman Nərimanovun 1920-ci ilin iyul ayından doğma yurda gəlməsi və Azərbaycan Xalq Komissarı Sovetinin sədri seçilməsi ilə işlər bir qədər dəyişdi.

Azərbaycanlılara qarşı səlib yürüşü bir qədər səngidi. Çox müdrik insan və öz xalqını dəlicəsinə sevən Nəriman Nərimanov. Semyon Ponkratovun güllələnmək üçün 99 məşhur azərbaycanlı ziyalılarının, generallarının, zabitlərinin adları yazılmış yeni protokollarını, siyahısını Nərimanovun yanına gətirdi. Həmin siyahıda Hacı Zeynalabdin Tağıyevin, Üzeyir Hacıbəyovun, generallar Səməd bəy Mehmandarovun, Əliaga Şıxlinskinin, Xosrov bəy Sultanovun, Mahmudbəyov qardaşlarının, alimlərin, bir neçə milyonçunun və başqa məşhurların da adı vardı. Ponkratov tam əmin idi ki, Nərimanov bu siyahıya qol çəkəcək və bu adamlar güllələnəcəklər. Amma onun fikirləşdiyi kimi olmadı. Çünki bu insanların çoxunu yaxından tanıyan Nəriman Nərimanov siyahını vərəqləyərək, Ponkratova belə dedi:

– Bu nə siyahıdır?

– Bunlar fəhlə və kəndlilərin düşmənləridirlər. Tanış ola bilərsiniz. Hamısını da həbs elmişik. Hər biri də dindirilib. Onlardan izahat da alınıb. Sübut olunub ki, bunların hamısı Sovet ölkəsinin düşmənləridir və hamısı da güllələnməlidirlər.

– Yoldaş xüsusi şöbə rəisi. Bir daha soruşuram. Bu 99 adamın günahı nədir?

– Axı mən sizə dedim ki, onlar burjuydular. Hacıbəyov öz felyetonlarında biz rusları lağa qoyur. Deyir ki, Leninin Nikolaydan heç bir fərqi yoxdur. İkisi da bir bezin qırağıdır və mən qəlbən rusun düşməniyəm. O, hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa qoyur. Generallar Mehmandarov və Şıxlinski Müsavat vaxtı hərbi nazirliyə rəhbərlik edən vaxtı bizə, Rusiyaya qarşı silah qaldırıblar. Hacı Zeynalabdin Tağıyevin bolşeviklərə qarşı pis münasibəti olub…

– Siz bilirsinizmi folyeton janrı nədir, necə yazılır?

– Xeyr, bilmirəm.

– Felyeton ona görə yazılır ki, insanın qüsurunu üzünə desin. Səhvi olan adamı düz yola qaytarsın. Görünür yoldaş Qarayevin də haradasa səhvi olub. Burada cinayət tərkibli heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki, qaldı generallara, onlar hərbi nazir və müavin vəzifəsinə ona görə qoyulmuşdular ki, Vətəni qorusunlar. Bu onların vəzifə və vətəndaşlıq borcları idi. Onlar qaçaq-quldur deyillər. Hacı Zeynalabdin Tağıyev isə Azərbaycanda millət üçün çox böyük işlər görüb. Gördüyün bu təhsil ocaqları, qəzetlər, teatr onun sayəsində yaranıb. Mənim kimi çoxlu azərbaycanlı övladlarının təhsil almasında Hacının böyük xidmətləri olub. Bu siyahıda olan insanların hamısı haqqında mən çoxlu müsbət fikirlər deyə bilərəm. Qoy siyahı qalsın burada. Tam araşdıraq və sonra söhbət edərik. Gedə bilərsən.

Ponkratov arzusuna çata bilmədiyinə görə Nərimanovun otağından kor-peşman çıxır. Nərimanov köməkçisi Nurməmməd Şahsuvarovu yanına çağırıb, ona tapşırıq verir və deyir:

– Bu namərd, əqidə dostlarının yanına çatmamış mənim adımdan həbxana rəisinin adına bir əmr hazırla. Qoy 99 nəfərin hamısını azadlığa buraxsın. Məni həbsxana rəisi ilə calaşdır. Habs onunanlardan generallar Səməd bəy Mehmandarovu və Əliağa Şıxlinskini mənim yanıma çağır. Ponkratova da xəbər verin ki, hər iki generalın dindirilmə protokollarını götürüb gətirsin. Ponkratovun özü haqqında da mənə ətraflı məlumat hazırlayın.

– Oldu yoldaş Nərimanov.

Nurməmməd Şahsuvarov onun əmrini yerinə yetirmək üçün otaqdan çıxır. Nərimanov siyahını kənara qoyur, Ponkratovun qısa vaxtda törətdiyi cinayətləri araşdırıb ona taqdim edirlər. Onun Azərbaycan xalqına elədiyi çoxlu cinayətlər üzə çıxır. Buna görə də Semyon Ponkratov həbs olunur və onun törətdiyi cinayətləri sübuta yetirilərək, o, güllələnir. Nərimanov bir şeyə çox heyfislənirdi ki, Azərbaycanda Sovet hökumətinin qurulduğu cəmi üç ayda yüzlərlə Azərbaycan oğulları məhkəməsiz güllələnmişdi. Və fikirləşirdi ki, əgər o Azərbaycana bir qədər də gec gəlsəydi, bu siyahının sayı 10 mini keçə bilərdi. Nərimanov bir şeyə də daha çox heyfislənirdi ki, 12 nəfər azərbaycanlı generalının dadına çala bilməyib. O generallar ki, Nərimanov onların hamısını çox yaxşı tanıyırdı. Onlar ordu quruculuğunda böyük işlər görə bilərdilər.

Mənbə: “az.gpb.ge” saytı

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here