Ev Mədəniyyət Muxtar respublikanın yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konsert olub

Muxtar respublikanın yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konsert olub

245
0
PAYLAŞ

Fevralın 9-da Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konserti təşkil edilib.

Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Yaşar Qurbanov, Elçin Nağıyev, Qəribə Həsənova, Azər Cəfərli, gənc müğənni İlkin Abdullayevin ifa etdikləri estrada mahnıları tamaşaçılarda xoş ovqat yaradıb. Onların ifasında səslənən Tofiq Quliyevin “Badamlı”, “Zibeydə”, Nəriman Məmmədovun “Naxçıvanım”, Emin Sabitoğlunun “Ötən günlərim”, Nəriman Əzimovun “Mənə dəniz verin”, Vasif Adıgözəlovun “Mahnı”, Elza İbrahimovanın “Sən yadıma düşəndə” və vətənpərvərlik ruhlu “Vətən”, “Gənclik nəğməsi”, “And içirik” mahnıları konsertə gələnlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin görkəmli sənətkarlarının marş, vals, caz, rəqs musiqi janrlarında yazdıqları melodiyalar da səsləndirilib.

Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin ifasında Səməd Əsgərovun “Ulu yurdum” mahnısı ilə başa çatıb.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here