Ev İqtisadiyyat Muxtar respublikanın xarici ticarət əlaqələri uğurla inkişaf edir

Muxtar respublikanın xarici ticarət əlaqələri uğurla inkişaf edir

89
0
PAYLAŞ

İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib. Bu baxımdan 2018-ci ilin ötən dövrünün nəticələri də diqqəti cəlb edir. Həmin dövrdə muxtar respublikada 344 milyon 334 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. Bunun da 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını isə idxal təşkil edib. Xarici ticarət üzrə 268 milyon 944 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu gün doğma diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal edilir. Hazırda Naxçıvanda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, İran, Gürcüstan, Küveyt, Çin və Qırğızıstan kimi ölkələrə muxtar respublikadan müxtəlif məhsullar ixrac edilib.(Nuhcixan)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here