Ev Regionlar Muxtar respublikada içməli və suvarma su təminatının ödənilməsi sahəsində ardıcıl tədbirlər görülür

Muxtar respublikada içməli və suvarma su təminatının ödənilməsi sahəsində ardıcıl tədbirlər görülür

209
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən bu ilin 6 ayı ərzində torpaqların su təminatının yaxşılaşdırılması və münbitliyinin artırılması sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, su anbarlarına 278 milyon kubmetr su ehtiyatı toplanıb.

Bununla yanaşı, şoranlaşmanın qarşısını almaq və suyun itkisiz çatdırılması məqsədilə 165 kilometr magistral kanal, 233 kilometr ara arxları və 19 kilometr kollektor lildən təmizlənib, 36 kilometr yeni suvarma boru xətti çəkilib.

Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanıb, bu günə qədər 3 kilometr magistral boru xətti və müxtəlif diametrli borularla 26 kilometr suvarma xətti çəkilib. Uzunoba Su Anbarına sugətirən kanalın 650 metr, suaparan kanalın isə 940 metr hissəsi beton panellərlə üzlənib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə çay və selovlarda 19 kilometr istiqamətləndirici bənd tikilib, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilib. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 35 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti çəkilib, 1103 ev kanalizasiya şəbəkəsinə qoşulub və sayğac quraşdırılıb. Şərur rayonunda isə müxtəlif diametrli borularla 52 kilometr içməli su xətti, 10 kilometr kanalizasiya xətti çəkilib, 713 ev birləşməsi aparılıb. Layihəyə uyğun olaraq Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb, Ordubad rayonunda isə 2 subartezian quyusu qazılıb.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here