Ev Regionlar Muxtar respublikada dövlət gənclər siyasəti diqqətdə saxlanılır

Muxtar respublikada dövlət gənclər siyasəti diqqətdə saxlanılır

35
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirmişdir. Oktyabr ayında Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” adlı müsabiqə, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda foto-müsabiqə, tələbələrlə görüş, gənclər arasında “Xəmsə” Milli İntellektual və “Poliqon” Strateji İntellekt oyunları keçirilmişdir. Bununla yanaşı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar gənclərin Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında əsgər və zabitlərlə görüşü, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil olunmuşdur. Ay ərzində Naxçıvan gənclərinin VIII konfransı olmuş, o cümlədən yaradıcı gənclərin, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Ötən dövrdə Naxçıvan Şahmat Mərkəzində Şahmat Federasiyasının kuboku uğrunda məktəblilər arasında muxtar respublika birinciliyi olmuşdur. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kamandan oxatma, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birincilikləri, məktəblilərin Naxçıvan Muxtar Respublika Spartakiadası, Naxçıvan Şahmat Mərkəzində internet üzərindən Naxçıvan komandası ilə Qırğızıstan Respublikası Talas şəhərinin komandası arasında şahmat idman növü üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmiş, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri təşkil olunmuşdur. Oktyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 15, beynəlxalq turnirlərdə 1, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 olmaqla, 17 medal qazanmışlar.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here