Ev Regionlar Muxtar respublika üzrə 47 min 994 nəfərin pensiyası artırılıb

Muxtar respublika üzrə 47 min 994 nəfərin pensiyası artırılıb

369
0
PAYLAŞ

Prezident İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” fevralın 9-da sərəncam imzalayıb.

Naxcivanxeberleri.com Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artımlar muxtar respublika üzrə 47994 nəfər əmək pensiyaçısına şamil ediləcək və pensiyalara yönəldilən aylıq vəsaitdə ümumilikdə 478000 manat artım olacaqdır. Muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 168935 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək.

Artım şamil olunacaq şəxslərin əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 200 manat məbləğində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,40 manat artırılaraq 211,40 manata çatdırılacaq.

Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən indeksləşmə 1 həftə ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2018-ci ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarına ödəniləcəkdir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here