Ev Maraqlı Min bir dərdin dərmanı – NAR

Min bir dərdin dərmanı – NAR

198
0
PAYLAŞ

Şifahi xalq ədəbiyyatında obrazlaşdırılmış mifik bir meyvədir nar. Faydası içindəki giləsindən çox olan bu meyvə min bir dərdin dərmanı da sayılır.

Hazırda Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.

Artıq bir müddətdir ki, tezyetişən sortunun yığılması başlayan narın saxlanılma müddəti də elə yetişməsindən asılıdır.

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu var.

Narın özü kimi qabığı, budaqları da dəmlənilib içildikdə bir çox xəstəliklərə dəva olur. Narın qabığını çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here