Ev Siyasət Millət vəkili: Seçkilərin nəticəsi Azərbaycanın qələbəsidir

Millət vəkili: Seçkilərin nəticəsi Azərbaycanın qələbəsidir

173
0
PAYLAŞ

Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

İclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli Azərbaycan xalqını 11 aprel seçkiləri münasibətilə təbrik edib və bildirib ki, bu seçkilər, onun nəticələri Azərbaycan xalqının qələbəsidir.

Onun sözlərinə görə, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə düzgün və müdrik seçim edərək, ölkə prezidenti İlham Əliyevə səs verib:

“Bu, hər birimizin ürəyindən olan bir məsələdir. Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevə səs və yeddi illiyinə mandat verməklə, həm də öz gələcək uğurlu inkişafına səs vermiş oldu.

Azərbaycanımız bununla dünyada öz nüfuzunu, öz inkişafını bir qədər də artırmış olacaq. Növbəti yeddi ildə də uğurlarımız, zəfərlərimiz bol olacaq”.

Adıçəkilən komitənin üzvü, professor Jalə Əliyeva da 11 aprel seçkilərinin Azərbaycan xalqının və dövlətinin tarixində böyük rol oynadığını qeyd edərək, bunu demokratiyanın yeni təntənəsi kimi dəyərləndirib.

O, qeyd edib ki, Azərbaycan xalqının seçimi öncədən bəlli idi və 11 aprel bunun əyani təsdiqi oldu:

“Başqa cür də ola bilməzdi. Azərbaycan xalqı öz alternativsiz liderinə səs verərək, öz dəstəyinin, öz sözünün arxasında dayandı və dünyaya da göstərdi, bəyan etdi ki, kimsə onun seçiminə müdaxilə, təsir edə bilməz. Onun seçimi birmənalıdır və bu seçim də cənab İlham Əliyevdir”.(Oxu.Az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here