Ev Cəmiyyət Mikayıl Müşfiqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm”

Mikayıl Müşfiqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm”

351
0
PAYLAŞ

“Mikayıl Müşfiq bizim dəyərli şairimizdir. Şeirləri zəif olsa da. Mən onun şəxsiyyəti haqqında heç vaxt heç yerdə artıq-əskik nəsə deməmişəm. Statusun da onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Bir şair kimi həmkarımın yaradıcılığına münasibət bildirmişəm”.

Naxcivanxeberleri.com xəbər verir ki, bu fikirləri sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşfiq haqqında qalmaqallı status yazan şair Elşad Barat İnterpress.az-a açıqlamasında bildirib.

E.barat qeyd edib ki, əslində, həmin statusu yazmaqla böyük şairi təhqir etmək istəməyib. O, həmçinin statusu yazmağının səbəbindən də danışıb: “Şeirlərini, kitablarını oxudum. Gördüm ki, imzası ilə yaradıcılığı arasında fərq var. Həmin statusu yazmağım səbəb də elə bu oldu. Düzdür, biraz sərt şəkildə yazmışam. Özüm də sonradan gördüm ki, kobudcasına yazmışam. Mənim Mikayıl Müşfiqin şəxsiyyəti ilə heç bir problemim yoxdur. Ola bilər ki, həmin günü müəyyən qədər spirtli içki qəbul etmişdim, kobudluğa bu səbəb ola bilər. Amma içkinin o statusu yazmağıma heç bir dəxli yoxdur. Səhvim odur ki, araşdırma aparmadan sərt şəkildə yazmışam. Sadəcə, bir şair olaraq, onun yaradıcılığını yumşaq şəkildə tənqid edə bilərdim. Mən əslində, statusda Mikayıl Müşfiqi təhqir etməmişəm. Çünki, statusu normal şəkildə oxuyanda başa düşülür ki, mən onun yaradıcılığını tənqid etmişəm”.

E.Barat statusda qeyd etdiyi “Qıjı” sözünə də aydınlıq gətirib. O bildirib ki, “Qıjı” sözü təhqir hesab olunmur: “Qıjı” sözünü “google”dan da axtarıb mənasına baxa bilərsiz. Bu söz normal insan düşüncəsindən aşağı deməkdir. Yəni, demək istəmişəm ki, onun yaradıcılığı normadan biraz aşağıdır. Normaldan biraz aşağı isə təhqir hesab olunmur”.

Eyni zamanda, E.Barat oxuculardan üzr istəyib: “İlk növbədə, özüm özümü qınayıram ki, sən niyə belə sərt şəkildə yazmısan? Bu statusumu sərt qəbul edib yanlış düşünən oxuculardan üzr istəyirəm. Mikayıl Müşfiq haqqında kobud status yazdığıma görə də hər kəsdən üzr istəyirəm”.

“Mikayıl Müşfiqin heykəlindən, onun ruhundan üzr istəməyi düşünürsünüzmü?” sualımıza E.Barat belə cavab verib: “Üzr istəmək üçün Mikayıl Müşfiqin daş heykəlinin yanına getməyə ehtiyyac yoxdur. O, bizim şairimiz kimi, dəyərimiz kimi qəlbimizdədir. O, Azərbaycan poeziyasında, ədəbiyyatda dərin kök salmış bir şəxsdir. Mənim kimi adi bir gəncin Müşfiq haqqında yazdığı statusu bu qədər rezonans doğurmamalıydı. M.Müşfiqin ruhu bu dəqiqə başımın üzərində dayanıb deyir ki, Elşad Barat, çox sağol ki, məni yada saldın. Onun şair ruhu mənə elə gəlir ki, məndən inciməz. M.Müşfiq, əgər, bu gün sağ olsaydı, sosial şəbəkələrdə ağızlarını köndələn qoyub danışanlara baxıb gülərdi. Ona görə ki, həmin adamlar ömürləri boyu M.Müşfiqin 3 dənə şeirini ard-arda oxumayıblar. İndi gəlib dərs keçirlər”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here