Ev Cəmiyyət Magistraturaya sənəd qəbulunun -vaxtı uzadıldı

Magistraturaya sənəd qəbulunun -vaxtı uzadıldı

166
0
PAYLAŞ

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılır.

Dövlət İmtahan Mərkəzindən Naxcivanxeberleri.com-a verilən məlumata görə, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Qeyd edək ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırırıq ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək. Ünvan: Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here