Ev İdman Karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına yekun...

Karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına yekun vurulub – FOTOLAR

1680
0
PAYLAŞ

Bu gün Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına yekun vurulub.

Naxcivanxeberleri.com xəbər verir ki, çempionatı açıq elan edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov qeyd edib ki, muxtar respublikada 500-ə yaxın gənc oğlan və qız bu idman növü ilə məşçğul olur və onların da 115 nəfərini qız idmançılar təşkil edir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb..
Ötən il idmançılarımızın ümumilikdə 240 medal qazandığını qeyd edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Naziri Azad Cabbarov çempionatda iştirak edən idmançılara uğurlar arzulayıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında idmanın günü-gündən inkişaf etdiyini, Naxçıvan idmançılarının beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında Azərbaycanı layiqincə təmsil etdiklərini, “Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatının nüfuzlu idman yarışı olduğunu qeyd edib.
Azərbaycan Milli Karate Federasiyasının baş katibi, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxışında Azərbaycanın uzun illərdir, idman ölkəsi kimi tanındığını və ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi musiqi və rəqs nömrələri ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası yetirmələrinin nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra final görüşləri başlanıb və iki gün davam edən açıq çempionatda 6 yaş qrupu üzrə 300-dən çox idmançı 47 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda muxtar respublikanın şəhər və rayonlarının idmançıları, Bakı şəhərinin müxtəlif idman klublarını təmsil edən karateçilər iştirak edib.
Final döyüşlərinin nəticəsində qızlar arasında Səmra Məmmədli, oğlanlar arasında isə müxtəlif yaş qrupları üzrə Hüseyn Məmmədli, Əsəd İmanov, Sərcan Məmmədov, Aslan İsmayılov, Vüsal Seyidov, İmran Mövsümov, Babək Qələmzadə, rəqbilərinə qalib gələrək birinci yerə layiq görülüb.
Yer tutan idmançılar Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Milli Karate Federasiyasının baş katibi, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Təhsil naziri Məmməd Qəribov tərəfindən diplom və medallarla təltif olunublar.
Mükafatlanmanın sonunda komanda hesabında birinci olan  “Naxçıvan” komandasına Fazil Ələkbərov çempionatın kubokunu təqdim edib. Sıralamada ikinci olan “Arpaçay”, üçüncü olan “Araz” idmançılarına da kuboklar təqdim olunub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here