Ev Sağlamlıq Kəklikotunun Faydaları..

Kəklikotunun Faydaları..

85
0
PAYLAŞ

Kəklikotunun faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, “qara güvvələr”, cinlərlə mübarizə aparır.

Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Bu ot xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.Naxcivanxeberleri.com kəklikotunun bəzi vacib faydalarını təqdim edir;

1. Kəklikotu çayı spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı, qadınlarda menstruasiya ilə bağlı ağrılar və s.) azaldır.

2. Ağız boşluğu iltihabları, tonzillit (angina) zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

3. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

4. Kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir, həzmi yaxşılaşdırır.

5. Kəklikotu sistit (sidik kisəsi iltuhabı) zamanı yaxşı kömək edir.

6. Kəklikotu kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

7. Kəklikotunu çox yaxşı sakitləşdirici təsir edir, stress, nevrasteniya, nevroz zamanı kömək edir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here