Ev Dünya Jirinovski efirdə özündən çıxdı: “Sizin kimiləri güllələyəcəyik”– VİDEO

Jirinovski efirdə özündən çıxdı: “Sizin kimiləri güllələyəcəyik”– VİDEO

257
0
PAYLAŞ

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “60 минут” tok-şousunda Ukraynada gedən döyüşlərlə bağlı müzakirə edən zaman özündən çıxıb.

Həmin çıxışın bir parçası “Instagram”a yerləşdirilib.

Studiyanın qonaqları başlıca olaraq Ukraynanın şərqində mövcud qeyri-sabitlik fonunda ABŞ-ın Ukraynanı silah-sursatla təchiz etməsi məsələsini müzakirə edib. Politoloq Vadim Trüxan  Jirinovskinin verilişdə sirk yaratmağa çalışdığını deyərək onun atmacalarına reaksiya verməkdən imtina edib. O, siyasətçinin ukraynalılara hədə-qorxu gəlməməsini istəyib. Bundan hiddətlənən Jirinovski onun üzərinə gedib.

“Sizin kimi əclaf və yaramazlara istədiyimiz qədər hədə-qorxu gələcəyik, sizin kimiləri güllələyəcəyik”, – deyə Trüxana yaxınlaşan zaman o bağırıb.

Liberal-demokratların lideri Ukraynanın Donbas bölgəsində öldürülmüş hər bir insana görə cavab verəcəyini deyib və opponentinin studiyanı tərk etməsini istəyib, onu “heyvərə” adlandırıb. Verlişin aparıcıları Jirinovskinin prezidentliyə namizəd olduğunu xatırladaraq, onu sakitləşdirməyə çalışıb. Ancaq çılğın liberal-demokratı sakitləşdirmək mümkün olmayıb. Trüxan Jrinovskinin onu pərt etməyə çalışdığını görüb, bir müddət sonra studiyanı tərk edib.

“Çaşıb vağzala getmə, Trüxan, səni orda həbs edəcəklər”, -deyə Jirinovski studiyadan gedən politoloqun arxasınca söyləyib.


Bir cavab yazın

Please enter your comment!
Please enter your name here