Ev Aktual İsveçrəli alim Azərbaycan İlahiyyat İnstitutunda olub

İsveçrəli alim Azərbaycan İlahiyyat İnstitutunda olub

124
0
PAYLAŞ

İsveçrənin Friburq Universitetinin ictimai elmlər və dinlərin tədqiqi şöbəsinin baş müəllimi, dosent Ansqar Jodik Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Naxcivanxeberleri.com xəbər verir ki, İnstitutdan bildirilib ki, rektor Ceyhun Məmmədov qonağa Azərbaycandakı yüksək dini-mənəvi mühitdən söz açıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.

C.Məmmədov Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında qonağa məlumat verib. Diqqətə çatdırılıb ki, institutun əsas vəzifəsi Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin hazırlanmasıdır. Aİİ-nin beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini vurğulayan rektor xarici ölkə, o cümlədən qabaqcıl Avropa universitetləri ilə əlaqələrin qurulmasında institutun maraqlı olduğunu deyib.

İsveçrənin Friburq Universitetinin ictimai elmlər və dinlərin tədqiqi şöbəsinin baş müəllimi, dosent Ansqar Jodik Qafqazda belə bir institutun yaradılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədqiqat sahəsi Qafqazda dinlərin araşdırılması olan A.Jodikin Azərbaycanda mövcud olan dini mühitə dair sualları görüş zamanı cavablandırılıb, habelə qonağa ölkəmizdəki dövlət-din münasibətləri, multikulturalizm, tolerantlıq haqqında geniş məlumat verilib. İnstitutun fəaliyyətini yüksək qiymətləndirən isveçrəli alim Aİİ ilə əməkdaşlıqda maraqlı olduğunu, təmsil etdiyi Friburq Universiteti ilə birgə beynəlxalq konfransların, seminarların təşkili və tədqiqatların aparılmasının mümkünlüyünü qeyd edib.

Təhsil müəssisəsiləri arasında elmi-mədəni əlaqələrin qurulması və bu məqsədlə, Ansqar Jodikin Aİİ-də seminar keçirməsi qərara alınıb.

AZƏRTAC

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here