Ev Dünya İstanbuldakı yeni aeroportdan həyata keçiriləcək ilk uçuşun vaxtı açıqlanıb

İstanbuldakı yeni aeroportdan həyata keçiriləcək ilk uçuşun vaxtı açıqlanıb

71
0
PAYLAŞ

İstanbulun yeni aeroportundan həyata keçiriləcək ilk uçuşun tarixi açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM “CNN Türk”ə istinadla xəbər verir ki, “Türk Hava Yolları”nın (THY) idarə heyətinin və icraiyyə komitəsinin sədri İlker Aycı oktyabr ayının 29-dan etibarən THY-nin yeni aeroporta köçəcəyini deyib. Bildirib ki, bu proses 45 saata başa çatacaq. Oktyabrın 31-də isə ilk uçuş həyata keçiriləcək. İlk daxili uçuş İstanbuldan Ankaraya, beynəlxalq uçuş isə Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacaq.

İstanbuldakı üçüncü hava limanından ilk uçuş oktyabrın 31-də yerli vaxtlı 14:00-da İstanbuldan Ankara istiqamətində həyata keçiriləcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here