Ev Aktual İşğaldan azad edilən Günnütdə yeni əsgəri məişət-yaşayış kompleksləri tikilib – VİDEO

İşğaldan azad edilən Günnütdə yeni əsgəri məişət-yaşayış kompleksləri tikilib – VİDEO

144
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir standartlar səviyyəsində əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.(Nuhcixan)

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here