SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan duzu Rusiya və Türkiyə bazarlarına çıxacaq

Naxçıvan duzu Rusiya və Türkiyə bazarlarına çıxacaq
6-12-2018, 22:24 237 dəfə baxılıb

"Naxçıvan Duz İstehsalı" MMC MDB və Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil etməyi nəzərdə tutur.

Bu barədə MMC-nin direktoru Anar Əsədullayev deyib.

A.Əsədullayevin sözlərinə görə, şirkət Türkiyə və Rusiyadan duz ixracı ilə bağlı təklif və müraciətlər alıb:

"Biz hələlik bu iki variantı nəzərdən keçiririk. Yaxın bir il - il yarım ərzində, yeni duz yataqlarının aşkar olunması ilə istehsal həcmləri artdıqca Rusiya və Türkiyə bazarlarına ixracat planlaşdırırıq".

Qeyd edək ki, "Naxçıvan Duz İstehsalı" MMC xörək duzu və texniki duz istehsal edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ