SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vergi ödəyicilərinin sayı 12,4 faiz artıb

Vergi ödəyicilərinin sayı 12,4 faiz artıb
11-01-2019, 21:34 200 dəfə baxılıb

2019-cu ilin yanvarın 1-nə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970.340-a çatıb.

2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub.
Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergiödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırıb və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4 faizi regionların payına düşüb.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031