Ev Cəmiyyət İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçirilib

İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçirilib

190
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin tələbələri ilə görüş keçiriblər. Naxcivanxeberleri.com xəbər verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat fakültəsinin dekanı, İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova açaraq muxtar respublikanın sosial-iqtisadi inkişafı və həyata keçirilən geniş quruculuq işləri haqqında məlumat verib. Qeyd olunmuşdur ki, aparılmış məqsədyönülü siyasət nəticəsində sənayeləşmə prosesi sürətlə inkişaf etmiş və sənaye sahəsi ümumi daxili məhsulun tərkibində ilk yerə sahib olub. Sonra İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnur İbrahimov,və Sənaye şöbəsinin müdiri Elnur Mahmudov çıxış edərək bildiriblər ki, muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmiş,ümumidaxili məhsulun həcmi 1995-ci illə müqayisədə 2017-ci ildə 61,8 dəfə artaraq 2 milyard 701 milyon 663 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 45,4 dəfə artaraq 5,990 manat olub. Sonda mövzu ilə əlaqədar vidoçarx nümayiş etdirilmiş, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nuray ƏSGƏROVA

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here