Ev İqtisadiyyat “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

21
0
PAYLAŞ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 23:00 açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi 1.29$ ətrafında ticarət edilməkdədir. Burada da qiymətin 1.28$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Funtun gələcək qiymətinə İngiltərənin Avropa Birliyindən ayrılması danışıqları fonunda gözləntilərin təsir etməsi ilə yanaşı, cümə günü saat 13:30-da yayımlanacaq İngiltərənin üçüncü rüb üzrə iqtisadi inkişaf göstəriciləri də önəmli rol oynayacaq.

TRY

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi keçən həftə ərzində 5.41TL-yə kimi ucuzlaşdıqdan sonra 5.44TL-yə kimi bahalaşmağa başlayıb. 5.49TL də yuxarı istiqamətdə qırılarsa, artım dalğası 5.65TL-yə kimi də sürətlənə bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 73$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 70$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızılın qiyməti keçən həftə ərzində 1212$-a (39.0 $/qram) kimi ucuzlaşsa da yenidən əvvəlki səviyyələrinə qayıdıb. Yeni həftənin ilk sessiyasında 1232$-a (39.6 $/qram) təklif edilən qiymət 1229$-ı (39.5 $/qram) da aşağı istiqamətdə qırarsa, 1218$-a (39.2 $/qram) kimi ucuzlaşa bilər.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here