Ev IKT “Instagram”dan daha bir YENİLİK

“Instagram”dan daha bir YENİLİK

355
0
PAYLAŞ

“Instagram” istifadəçilərinə daha bir yenilik təqdim edib.

Yeni funksiya “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşotunun edilməsi haqqında xəbərdar olmağa imkan verəcək. Eyni zamanda “Instagram” konkret istifadəçinin adını göndərəcək.

Qeyd edək ki, funksiya əks istiqamətdə də işləyir – bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olacağı barədə xəbərdarlıq ediləcək. Sosial şəbəkə nümayəndələri sözügedən funksiyanın hansı məqsədlə tətbiq edilməsini şərh etmirlər. “Tarixçə” müvəqqəti janr hesab edilir – onlar 24 saat sonra yoxa çıxacaq.

Lakin artıq proqram istifadəçiləri mühafizədən yan keçmə üsulunu kəşf ediblər. Onlardan biri “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə keçirən və skrinşot edən zaman “Instagram”ın istifadəçinin hərəkətlərini qeydə ala bilməyəcəyini bildirib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here