SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərurlu məktəblilər arasında şahmat yarışı təşkil edilib

Şərurlu məktəblilər arasında şahmat yarışı təşkil edilib
6-12-2018, 22:00 108 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şərur Rayon Şahmat məktəbində gənclər arasında rayon birinciliyi keçirilib. Birincilikdə 20 idmançı iştirak edib. I yerə İbrahim Orucov, II yerə Seymur Əliyev, III yerə isə Sadiq Gözəlov laiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Yarış Şərur Rayon Gənclər və İdman idarəsi,Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının Gənclər birliyi və Şahmat Federasiyası Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
KÖŞƏ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ