SON DƏQİQƏ

naxcivanxeberleri.com

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşdi

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşdi
10-12-2018, 16:39 178 dəfə baxılıb

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşib.

NAXCİVANXEBERLERİ.COM goal.az-a istinadən xəbər verir ki, Libertadores kubokunu qazanan Argentinanın "River Pleyt" klubu mundialın sonuncu iştirakçısı olub.

Bunadək Avropadan "Real" (İspaniya), Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsindən "Quadalaxara" (Meksika), Afrikadan "Esperansa" (Tunis), Asiyadan "Kasima" (Yaponiya), Okeaniyadan "Vellinqton" (Yeni Zelandiya) dünya çempionatına vəsiqə qazanmışdı. Meydan sahibi BƏƏ-ni isə "Əl-Əyn" təmsil edəcək.

Artıq dekabrın 12-də start götürəcək yarışın tam təqvimi də dəqiqləşib. Sayca 15-ci mundialda 11 gün ərzində 8 matç keçiriləcək.

Klublararası dünya çempionatı

Pley-off, 12 dekabr

1. "Əl-Əyn (BƏƏ) - "Vellinqton" (Yeni Zelandiya)

1/4 final, 15 dekabr

2. "Esperansa" (Tunis) - 1-ci oyunun qalibi

3. "Kasima" (Yaponiya) - "Quadalaxara" (Meksika)

5-ci yer uğrunda oyun, 18 dekabr

4. 2-ci oyunda uduzan - 3-cü oyunda uduzan

Yarımfinal, 18 dekabr

5. "River Pleyt" (Argentina) - 2-ci oyunun qalibi

19 dekabr

6. "Real" (İspaniya) - 3-cü oyunun qalibi

3-cü yer uğrunda oyun, 22 dekabr

7. 5-ci oyunda uduzan - 6-cı oyunda uduzan

Final, 22 dekabr

8. 5-ci oyunun qalibi - 6-cı oyunun qalibi

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031