SON DƏQİQƏ

naxcivanxeberleri.com

ŞAH ilin ilk yarışında mübarizəyə qoşulur

ŞAH ilin ilk yarışında mübarizəyə qoşulur
11-01-2019, 20:36 143 dəfə baxılıb

Azərbaycanın tanınmış şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Niderlandın Veyk aan Zee şəhərində keçirilən ənənəvi turnirdə iştirak edəcək.

81-ci Tata Steel Masters və Tata Steel Challengers turniri sabah start götürəcək və 13 turdan ibarət olan yarış yanvarın 27-də başa çatacaq.

Şahmatçılarımızın bu turnirdə rəqibləri dünya çempionu, sözügedən yarışın hamıdan çox – altıqat qalibi Maqnus Karlsen (Norveç), Dinq Liren (Çin), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), eks dünya çempionu Vladimir Kramnik, rapid üzrə son dünya çempionu Yan Nepomnyaşi, Vladimir Fedoseyev (hər üçü Rusiya), keçmiş dünya çempionu Vişvanatan Anand, Vidit Santoş Qucrati (hər ikisi Hindistan), Yan-Kjıştof Duda (Polşa), Rixard Raport (Macarıstan) və Sem Şanklənd (ABŞ) olacaq.

Tata Steel Challengers-də (növbəti il Masters-ə çıxmaq üçün yarışanlar – S.M.) isə Azərbaycan təmsilçisi olmayacaq.

Qeyd edək ki, ilk 12 tur Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Yalnız sonuncu tur 15:00-a təsadüf edəcək.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031