SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında yığıncaq keçirilib

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında yığıncaq keçirilib
10-01-2019, 15:56 323 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yığıncağı giriş sözü ilə açan Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Sonra Futbol Federasiyasının sədr müavini Hafiz Əliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat verib.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Tapşırıqlara əsasən Futbol Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
Nazir diqqətə çatdırıb ki, hesabat ilində nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirib. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya çempionatlarından 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 195 medal qazanıblar. Futbol idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Muxtar respublikamızda 5242 idmançı 296 qrupda bu idman növü ilə məşğuldur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Futbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Həmçinin, 12-16 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev Kuboku” uğrunda turnir də respublika futbol ictimaiyyətinin diqqətinin ikinci dəfə muxtar respublikamıza yönəlməsinə səbəb olub. Sevindirici haldır ki, turnirdə muxtar respublikamızı təmsil edən “Araz-Naxçıvan” komandası da uğurlu nəticə göstərərək, yarışın mükafatçıları sırasına düşməyi bacarıb.
Azad Cabbarov çıxışının sonunda həyata keçirilən tədbirlərin nazirlik və Futbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, bu növün inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında vurğulayıb ki, federasiyası hesabat il üçün tərtib etdiyi tədbirlər və təqvim planını Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılaraq təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixində keçirilən müşavirədə N Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun bizim qarşımıza qoyduğu məqsəd və vəzifələrin, tapşırıqların yerinə yetirilməsində əsaslı dönüş yaratmalıyıq. 2019-cu il üçün nəzərdə tutulmuş tədbirlər və təqvim planına uyğun olaraq Futbol Federasiyasınm kuboku, 15-16 yaşlı futbolçuların muxtar respublika birinciliyi, yerlərdə şəhər və rayon birinciliklərinin, futzal üzrə muxtar respublika kuboku yarışların keçirilməsi nəzərdə tutulub. Uşaq futbolunun inkişafı, istedadlı futbolcuların aşkara çıxarılması, onların davamlı olaraq təlim-məşq proseslərinə cəlb olunması daim diqqətdə saxlanılmalıdır. Bütün bunlar muxtar respublikada futbol idman növünün inkişafına, kütləviliyinə nail olmaq üçün yaxşı zəmin yaradır.
Səbuhi Şahverdiyev vurğulayıb ki, artıq muxtar respublikanın 5 rayonunda federasiyanın bölmələri fəaliyyət göstərir. Bunlar Sədərək , Kəngərli, Şahbuz , Culfa və Ordubad rayonlarıdır. Tezliklə bunların sırasına Naxçıvan şəhəri, Şərur və Babək rayonları da əlavə olunacaqdır. Federasiya bölmələrini fəaliyyətinin səmərəli təşkili üçün yerli şəhər və rayon icra hakimiyyətləri ilə sıx əlaqə yaratmalıdır. Naxçıvan Muxtar Respublikasında mövcüd olan bütün stadion və futbol meydançalarından səmərə istifadə olunmalı və onların qorunması işinə nəzarət gücləndirilməlidir. Yeni stadionların qurulması və onların bərpa olunması daim diqqət mərkəzində olmalıdır.
Sonda federasiya sədri qeyd edib ki, muxtar respublika rəhbərinin qarşıya qoyduğu məqsəd və vəzifələrin layiqincə yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlarda səmərəli istifadə edərək məqsədimizə nail olmağa çalışacağıq.
Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Yığıncağa yekun vuran Futbol Federasiyasının sədri məşqçi və idmançıları adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, yeni idman ilində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında yığıncaq keçirilibNaxçıvan Muxtar Respublikası Futbol Federasiyasında yığıncaq keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031