SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində
10-01-2019, 15:50 218 dəfə baxılıb

Türkiyə Silahlı Qüvvələri dənizlərdə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır.

NAXCİVANXEBERLERİ.COM Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Türk donanmasının indiyə qədər görünməmiş ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib.

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral - 3 mart tarixlərində keçiriləcək.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələrindən başqa, Hava və Quru qoşunlarının bəzi bölmələri də cəlb olunacaq. Təlimlər Egey və Aralıq dənizlərinin şərq sahilində, Yunanıstan və Kipr rəhbərliyinin sözdə "mübahisəli" kimi göstərdiyi ərazilər də daxil olmaqla, Türkiyə sahillərində keçiriləcək.

"Mavi Vətən", həmçinin uzun müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr rəhbərliyinə "əzələ nümayişi" anlamı da daşıyır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031