SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib
9-01-2019, 14:27 246 dəfə baxılıb

Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı yayıb.

Aksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hərbi hissələrin müasir standartlara cavab verməsi, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər.


Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib
Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031