Ev hava Hava proqnozu

Hava proqnozu

38
0
PAYLAŞ

Ölkə ərazisində noyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Naxcivanxeberleri.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 16-18° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, dağlıq ərazilərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Temperaturun gecə 3-7° isti, gündüz 14-18° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-9° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-19° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər dağlarda duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 3-5° isti, gündüz 8-12° isti olacağı ehtimal edilir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here