Ev Regionlar GÜLSADƏNİN AZƏRBAYCANIN TANINMIŞ ŞAİRİ AYAZ ARABAÇI İLƏ MÜSAHİBƏSİ

GÜLSADƏNİN AZƏRBAYCANIN TANINMIŞ ŞAİRİ AYAZ ARABAÇI İLƏ MÜSAHİBƏSİ

612
0
PAYLAŞ

NAXCİVANXEBERLERİ.COM SAYTI ƏMƏKDAŞIMIZ GÜLSADƏNİN AZƏRBAYCANIN TANINMIŞ ŞAİRİ PREZİDENTİN FƏRDİ TƏQAÜDÇÜSÜ,6 KİTAB MÜƏLLİFİ AYAZ ARABAÇI İLƏ MÜSAHİBƏSİNİ TƏQDİM EDİR.

AYAZ ARABAÇI KİMDİR?

Ayaz Arabaçının kimliyi barədə gərək məndən soruşmayaydın.Çünki mən bir axının, izdihamın içindəyəm, ordan da özümü heç cür görə bilmirəm. Bir kənar müşahidəçi tapıb soruşsan sənə mükəmməl cavab verə bilərdi. Bir də onu deyim ki, bu cür suallara könülsüz olur cavablarım. Qısaca bunu deyim: -Mən bütün ağrılara gülüb keçən adamam.

ƏDƏBİYAT, ŞEİR AYAZ ARABAÇI ÜÇÜN HƏYATININ MƏNASIDIR DESƏM YANILMARAM DEYİL Mİ?

-Zənnimcə ədəbiyyat hər kəsə zövq verir .Həyatın bütün coşqusu, sevgisi və təravəti ədəbiyyatın qanındadı. Ədəbiyyat həm yaradı, həm məlhəm.Əslində mənim sevdiyim gözəlin, mənim olduğum evin, mənim yaşadığım şəhərin adı ədəbiyyatdı, poeziyadı.

“QADINLAR BATAQLIQ ÇİÇƏKLƏRİDİR”… ŞAİR NƏ ÜÇÜN BELƏ DÜŞÜNÜR?

-Bu şeir çoxdan yazılıb. Onu oxumamış da müəllifi top atəşinə tutanlar olur. Sanki, bir səyahət qayığının dənizdə çevrilməsinə bais olmuş. O şeirin içindəki musiqi səsini bəzən heç kim eşitmək istəmir, hansı ki, şirin və zərifdir. Az mı uğursuz sevgilər olub, az mı o sevginin bataqlığında bütün ömrü boyu çabalayanlar olub… Məncə orda bataqlıqdan çox əsrarəngiz şəfəqlər var. Biz “qara bataqlığ”larda bitən güllərin intəhasız gözəlliklərinin əsiriyik.

HƏR YENİ ŞEİRİ İLƏ SƏS SALAN ŞAİR BUNU NECƏ BACARIR?

-Təhlükəli sualdı. Bayaqdan bu suala necə cavab verməyi düşünürəm. Həm də elə ki,heç kimin acığına gəlməsin. Çox vaxt yüngül fikirlərə, ifadələrə güzəştə getmirəm. Bəzilərini də “bu hələ uşaqdır”, bunu belə tez istiyə-soyuğa çıxartmaq olmaz deyə başımdan eləyirəm. Ən çox qəlbimə hakim kəsilən duyğuları, acı-yandırıcı həqiqətləri, mənim üçün aydın olan şeyləri qələmə alıram. Bir də o ki, mən təbii halımda olmayanda bu şeylər baş verir..

BU GÜN ŞAİR OXUCUSUNDAN RAZIDIRMI?

-Mən oxuculardan çox razıyam. Onları məzəmmət etdiyimi, onlardan küsdüyümü xatırlamıram. Hər zaman hörmətə layiqdilər, istər sosial şəbəkədə, istər real həyatda kifayət qədər oxucu sevgisiylə təmin olunmuşam. Onlar sərbəst və cəsarətlidir, cır sevgini də, peyvənd olunmuşu da, əsil sevgini də bir-birindən seçməyi bacarırlar. Onların çoxuna kitab söz vermişəm. Amma kitabım olmadığından hələ ki, yanlarında yalançıyam..

BU XALQIN ŞAİRİ OLMAQ AYAZ ARABAÇI ÜÇÜN ÇƏTİN DEYİL Kİ?

-Bu xalqın şairi olmaq gözəldi. Məncə elə ən yaxşı iş məhz bu xalqın şairi olmaqdı. Bu xalqın işığını o qədər kəsiblər ki, zaman-zaman.. Ona gündüzlər də şam yandırmaq lazımdır. Bu xalqın əlindən doyunca xoşbəxt olmaq imkanını alıblar. Zorla müharibəyə sürükləyiblər, haqqını yeyiblər, yox eləməyə çalışıblar. Şair xalqının cəsarətini inamını, vüqarını, körükləyən, bayrağını dalğalandıran küləkdi. Mən poeziyamla bu tutqun fonları dağıtmağa səfərbər olmuşam..

ŞAİRİN HƏMİŞƏ BİR UZAQLIQ HƏSRƏTİ, GETMƏK İSTƏYİ OLUR. SİZCƏ BU NƏDƏN İRƏLİ GƏLİR?

-Uzaqlarda hansısa bir cazibə var. Bu bəlkə də uzaqları görmədiyimizin qənaətidir. Nədənsə darıxanda-qüssələnəndə, işlər düz gətirməyəndə uzaqlar düşür yada. Taleyə küsəndə, vəfasızlıqla qarşılaşanda, etibarsız dostlar çoxalanda, can sıxıntısı olanda bir də uzaqlar düşür yada. Biraz da insan içindəki arzuların yuxuya getməməsi üçün, içindəki ümidlərin sağ qalması üçün uzaqları arzulayır.. Bilirsən adam ürəyindəkilərin hamısını açıb deyə bilmir..

YETİŞMƏKDƏ OLAN GƏNC ƏDƏBİYYATÇILAR SİZİ BİR SÖZ ADAMI KİMİ QANE EDİRMİ? SÖZ SƏLTƏNƏTİNİN VARİSİ OLARAQ KİMLƏRİ GÖRÜRSÜNÜZ?

-Qane edən də var,etməyən də. Açığı mən bu barədə düşünmürəm.Daha bərkdən çığırmaq heç nəyi həll etmir. Qəlbin, hisslərin pak olmalıdır və bunu oxucu görməlidir. Çalışıram hamını oxuyum. İndi bir az başqa cürdü.. Sanki, qaranlıqdı göz-gözü görmür, çoxları da kor atı minib köndələn çapır. Şeir qızdırmalı adamların işidi.. Bilirsən necədi, sən sahilboyu yüyürürsən amma dəniz yoxdu…

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here