Ev Cəmiyyət Gömrükdən gizlədilən pirotexniki vasitə və mobil telefonlar aşkarlanıb

Gömrükdən gizlədilən pirotexniki vasitə və mobil telefonlar aşkarlanıb

399
0
PAYLAŞ

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz-21074” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here