Ev Regionlar Gənclərin “Gülüstan” türbəsinə ekskursiyası təşkil olunub

Gənclərin “Gülüstan” türbəsinə ekskursiyası təşkil olunub

509
0
PAYLAŞ

Bu gün “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Gülüstan” türbəsinə ekskursiyası təşkil olunub.

Naxcivanxeberleri.com xəbər verir ki, Araz çayının sol sahilində yerləşən və Əcəmi memarlıq məktəbinin təsiri ilə ucaldılan, XII əsrə aid dünya əhəmiyyətli, orijinal monumental xatirə abidəsi olan Gülüstan türbəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Rüepublikası Ali Məclisi Sədrinin sərəncamı ilə abidə bərpa edilərək tədqiq olunub. Onun orijinallığı saxlanılaraq ikinci həyat verilib. Azərbaycanın qülləvari türbələri sırasına daxil olan bu türbə haqqında tarixi mənbələrdə qiymətli məlumatlara rast gəlinir. Memarlıq-konstruktiv quruluşuna görə türbə digər memarlıq abidələrindən fərqlənir və Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Qeyd olunub ki, Gülüstan türbəsinin sərdabəsi Kürsülük adlanan yerüstü hissədə yerləşir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxtaların içərisi incə həndəsi ornamentlərlə bəzədilmişdir. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün də insanların diqqətini özünə cəlb edir. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan Tarix və Mədəniyyət Qoruğu” yaradılmışdır. Abidə həm də buraya gələn turistlərin marağına səbəb olur. Qeyd olunub ki, Gülüstan türbəsinin bərpa edilməsi həm də xalqımızın tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Buna görə də gənclərin Gülüstan türbəsinə ekskursiyaları təşkil edilir. Burada onlara Gülüstan türbəsi ətrafindakı abidələrdən əldə olunmuş arxeoloji materiallar haqqında da məlumat verilib. Ekskursiya Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Ekskursiyada 20 nəfər gənc iştirak edib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here