Ev Aktual Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

79
0
PAYLAŞ

9 noyabr 2018-ci il tarixdə Naxçıvan Nuxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxcivanxeberleri.com-a verilən məlumata görə, bu gün “9 noyabr-Dövlət Bayrağı Günü”nə təsadüf etdiyi üçün hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağı meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər. Mərasimdə alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hərbi anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.

Hərbi andı qəbul edən gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəyinə təntənəli surətdə and içiblər.

Tədbirdə Mülki müdafiə alayının zabiti kapitan Oqtay Həsənov, əsgər Elxan Mahmudov, gənc əsgər Hümbət Atayev çıxış ediblər. Qonaqlar adından Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov, valideyn Vilayət Bəşirov gənc
əsgərləri təbrik edib, onlara Vətənini müdafiəsi işində uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan,
Mülki müdafiə alayının inkişaf tarixindən, nazirliyə və onun struktur qurumlarına göstərilən dövlət qayğısından ətraflı bəhs edib, gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb.

Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Andiçmədən sonra “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti, əsgər yataqxanası və yeməkxana ilə yaxından tanış olub, xilasetmə texnika və avadanlıqları onlara təqdim olunub.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here