Ev İdman Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək

62
0
PAYLAŞ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Naxcivanxeberleri.com  xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək. Açılış matçı “ASK Arena”da olacaq. “Keşlə” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. İlk dövrədəki matçda qonaqlar qələbə qazanıb – 2:0.

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm rəhbərlik etdiyi komandaya qarşı sərfəli nəticə qazanmağa çalışacaq. Komandalar bu vaxta qədər 56 dəfə qarşılaşıblar. Bunların 28-də “Neftçi”, 14-də isə “Keşlə” sevinən tərəf olub. 14 matçda isə heç-heçə qeydə alınıb.

Topların fərqində də flaqman öndədir – 86:58. Komandalar arasında keçirilmiş son 4 çempionat oyununda meydan sahibi olan tərəf qələbə qazanıb. Bu dueldə ardıcıl 11 oyundur heç-heçə qeydə alınmayıb. “Neftçi” hazırda 22 xalla turnir cədvəlinı başçılıq edir. “Keşlə” isə 6 xalla 7-ci pillədədir.

Günün ikinci matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Son turlarda qələbə qazana bilməyən “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın işıqlandırma sistemində problem yarandığından oyunun yeri dəyişdirilib. İlk dövrədə baş tutan görüşdə son ölkə çempionu 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” çempionatda “gənclik şəhəri” təmsilçisinə qarşı ardıcıl 6 ev oyununda meydanı 3 xalla tərk edib. Ağdam klubu həmçinin rəqibə qarşı 12 matçdır meydanı qolsuz və xalsız tərk etməyib. Komandalar indiyədək çempionatda 25 dəfə üz-üzə gəliblər. “Qarabağ” 18, “Sumqayıt” isə 4 dəfə meydanı 3 xalla tərk edibsə, 3 oyunda qalib müəyyənləşməyib. Topların fərqində də Ağdam klubunun aşkar üstünlüyü var – 51:12. “Qarabağ” hazırda 17 xalla 2-ci, “Sumqayıt” isə 11 xalla 5-ci pillədə qərarlaşıb.

3 noyabr (şənbə)

17:00 “Keşlə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

İlk dövrə – 0:2

19:00 “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk dövrə – 1:0

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Zirə – “Səbail” matçları ilə yekun vurulacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here